LYRIC

Neçə Lyrics

Bizə isti baxışlarla baxır səhnə,
Sağaldıqca yara, unuduldu səhvlər.
Hər nağılın bir sonu – sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha !

Bizə isti baxışlarla baxır səhnə,
Sağaldıqca yara, unuduldu səhvlər.
Hər nağılın bir sonu – sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha !

Neçə günəş gərəkdir, ürəyimi isitmək üçün ?
Neçə dəniz yuya bilər, yaddaşımı və günahlarımı ?
Neçə külək gərəkdir, göz yaşlarını qurutmaq üçün ?
Neçə mələk gərəkdir, sənin gözəlliyini unutmaq üçün ?
Neçə sınıq saat gərəkdir, bu zamanı saxlamaq üçün ?
Neçə bəyaz yastıq, hönkürüb ürəkdən ağlamaq üçün ?
Neçə qanad gərəkdir, çırpınım, uçum ulduzlara ?
Neçə qıfıl gərəkdir, ürəyi bir dəfəlik bağlamaq üçün ?
Neçə yağış gərəkdir, qurumuş hər ağac çiçəklə dolsun ?
Neçə bulud gərəkdir, qar dizə kimi gecəylə dolsun ?
Neçə məzar gərəkdir, dolsun içinə bütün ümidlər ?
Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir ?
Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir
Kağıza mürəkkəb, həyat çox mürəkkəb, çətindir düzəltmək
Yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq
Dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir ?

Bizə isti baxışlarla baxır səhnə,
Sağaldıqca yara, unuduldu səhvlər.
Hər nağılın bir sonu – sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha !

Neçə əsgər lazımdır, səngərlərimiz boş qalmasın deyə ?
Neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə ?
Neçə kapsulada dərman ki, yaralarımızı keyitsin bir neçə müddətlik ?
Neçə fərman ki, təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik ?
Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca ?
Neçə zolaqlı bayraq xilas edəcək bizi, görəsən, ən dar anda ?
Neçə kilsə və məsciddən qorx, qaç, deyəcək dünya hələ bizlərə ?
Neçə propoqanda basılar beyinlərə, Hollivud dönəcək siyasətə ?
Neçə irqdən insanlar qıracaq bir-birini ancaq dəri rənginə görə ?
Neçə cüt göz basdıracaq ümidlərini oğlu-qızıyla bir qəbirə ?
Neçə vəhşiliyin şahidi insanlar dönəcəklər manyaklara ?
Neçə nüvə silahının nüvələrinin sayı qədər ac insan batacaq səhrasında ?
Neçə fitnə, neçə soyqırım ? Neçə ton qan ? Neçə min edam ?
Neçə işğal ? De, susum ya qışqırım ? istehza qoxan alqışlara ?
Neçə zindan namus qoruyanına ömürlük həbs, elektrik stulları ?
Neçə sərhəd ayırası məni məndən ?!
H . O . S . T. !
Nəqarəti qaytarın!

Bizə isti baxışlarla baxır səhnə,
Sağaldıqca yara, unuduldu səhvlər.
Hər nağılın bir sonu – sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha !

Neçə xəyanət gərəkdir, əsl sevginin qədrini bilmək üçün ?
Neçə xəstəlik gərəkdir, sağlamlığımı düşünmək üçün ?
Neçə kədər gərəkdir, bir uşaq gülüşündən xoşbəxt olum ?
Neçə düşmən gərəkdir, dostlarımın qədrini bilmək üçün ?
Neçə yad eldə olmalıyam ki, vətənimə qayıdanda sevinim ?
Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim ?
Neçə gözü yaşlı yetim danışmalıdır mənə çətin həyatdan ki,
Qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim ?
Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun ?
İstəyirəm oğlum olsun, qasırğa, həm də küləkdən olsun.
Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım ?
Neçə yuxusuz gecə gərəkdir, daş yumşaq döşəkdən olsun ?
Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata ?
Son nəfəs can verəndə qızıldan qiymətli saatlar
Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim ?
Neçə şeytan öldürməliyəm ki, Allahı görə bilim mən ?

Bizə isti baxışlarla baxır səhnə,
Sağaldıqca yara, unuduldu səhvlər.
Hər nağılın bir sonu – sevincli səhifə
Amma mən yenə, yenə, yenə tənha !

Your email address will not be published. Required fields are marked *

ADVERTISEMENT